Suriyada PKK/YPG terrorçularının Rakka və Hələb arasında koridor yaratmaq cəhdinin qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Suriyada PKK/YPG terrorçularının Rakka və Hələb arasında koridor yaratmaq cəhdinin qarşısı alınıb


Suriyada PKK/YPG terrorçuları yaranmış boşluqdan istifadə edərək Rakka bölgəsi və Hələb arasındakı yolu ələ keçirməyə çalışıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin təhlükəsizlik qaynaqlarından NTV telekanalına bildirilib.

Qeyd edilib ki, müxalif Suriya Milli Ordusu PKK/YPG terrorçularının bu cəhdinin qarşısını alıb. Bu əməliyyat Azadlıq şəfəqi” adı altında həyata keçirilib.

Xatırladaq ki, Rakka bölgəsi və Hələbin Şeyx Maqsud məhəlləsi PKK/YPG terror təşkilatının nəzarətindədir. Hazırda Şeyx Maqsud məhəlləsində Heyət Təhrir əş-Şamın (HTŞ) öncüllük etdiyi müxalif qüvvələrlə PKK/YPG terrorçuları arasında döyüşlər davam edir.

Suriya Ordusunun geri çəkilərkən PKK/YPG terrorçularına təhvil verdikləri Hələb Hava Limanı da artıq müxaliflərin nəzarətinə keçib.

Oxşar xəbərlər

Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir
Suriya ordusu üsyançıların hücumlarını dəf etdiyini bildirib - YENİLƏNİB
Suriyada müxalifət qüvvələri Səraqib şəhərinə daxil olmağa başlayıb - YENİLƏNİB 1
Türkiyə SQ İraq və Suriyada 17 terrorçu zərərsizləşdirib
SEPAH generalı Suriyada öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər