ABC: ABŞ Yəməndə husilərin silah anbarlarını vurub
ABŞ ordusu Yəmənə növbəti dəfə zərbələr endirib.
APA xəbər verir ki, ABC televiziyasının verdiyi məlumata görə, hədəf “Ənsar Allah” üsyançı hərəkatından olan husilərin silah anbarları olub.
Pentaqon sözçüsü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələrinin İran tərəfindən dəstəklənən husilərin çoxsaylı silah anbarlarına hava zərbələri endirdiyini, həmçinin zərbələrin Yəmənin husilərin nəzarətində olan ərazilərini hədəf aldığını deyib.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra “Ənsar Allah” qruplaşması xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və Fələstin anklavında əməliyyatlar dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək.
Oxşar xəbərlər
ABŞ qüvvələri Yəməndə husilərə məxsus silah anbarlarına zərbələr endirib
ABŞ ordusu Yəmənə zərbələr endirib
ABŞ Yəməndə zenit-raket sistemini sıradan çıxarıb
ABŞ Qırmızı dənizdə husilərə məxsus dörd pilotsuz gəmini vurub
ABŞ ordusu Yəməndə 15 hədəfə zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













