KİV: Hizbullahın yeni lideri Haşim Səfi əd-Din İsrailin aviazərbələri nəticəsində öldürülüb
sizinxeber.az xəbər saytı

KİV: Hizbullahın yeni lideri Haşim Səfi əd-Din İsrailin aviazərbələri nəticəsində öldürülüb


Hizbullahın ehtimal edilən yeni lideri Haşim Səfi əd-Din İsrail ordusunun aviazərbələri nəticəsində öldürülüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Al-Arabiya” bir neçə mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, İsrail Beyruta endirdiyi zərbə zamanı Hizbullahın ehtimal edilən yeni liderinin olduğu bunkeri hədəf almışdı İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə görüşdüklərini güman etdiklərini bildirmişdilər.

***

15.07

İsrailin Beyrutun cənubuna zərbələri davam etdirməsi xilasedicilərin oktyabrın 4-də Hizbullahın yeni baş katibi Haşim Səfi əd-Dinin də içərisində olduğu bunkerə hücum yerində axtarış işləri aparmasına mane olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail oktyabrın 4-də Beyrutun cənubuna hücum zamanı Hizbullahın yeni liderinin də olduğu bunkeri hədəf alıb.

İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə toplantı keçirdiklərini güman etdiklərini bildirmişdilər.

O da bildirilir ki, oktyabrın 4-dəki hücumlardan sonra Hizbullahın yeni lideri ilə əlaqə kəsilib.

Oxşar xəbərlər

İsrail Beyruta zərbə zamanı Hizbullahın ehtimal edilən yeni liderinin olduğu bunkeri hədəf alıb - YENİLƏNİB
İsrail Beyrutda hava hücumları həyata keçirir
İsrailin Beyruta hava hücumu zamanı Hizbullahın əməliyyat qrupunun komandiri öldürülüb - VİDEO - YENİLƏNİB-3
İsrailin Beyruta hava hücumu zamanı 8 nəfər ölüb, 59 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-4
İsrail ordusunun Beyruta zərbəsi nəticəsində Hizbullah komandiri öldürülüb - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər