Çin qarşıdakı 3 il ərzində Afrika üçün 50 mlrd. dollardan çox vəsait ayıracaq
sizinxeber.az xəbər saytı

Çin qarşıdakı 3 il ərzində Afrika üçün 50 mlrd. dollardan çox vəsait ayıracaq


Çin lideri qarşıdakı 3 il ərzində Afrika üçün 50 milyard dollardan çox maliyyə vəsaiti ayıracağını vəd edib.

APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunun (FOCAC) 2024-cü il Zirvə Toplantısında çıxış edərkən deyib.

Çin lideri qarşıdakı üç il ərzində Afrika qitəsi üçün 50 milyard dollardan çox maliyyələşdirmə ayıracağını vəd edib və bütün üzv ölkələrlə əlaqələrin strateji səviyyəyə yüksəldiləcəyini bildirib.

Qeyd edək ki, Çin-Afrika forumunda 50-dən çox Afrika lideri və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edir.

Bu pandemiyadan bəri Pekində keçirilən ən böyük zirvə toplantısıdır.

Oxşar xəbərlər

Si Cinpin BMT baş katibi Antonio Quterreş ilə görüşüb
Çin və Cənubi Afrika BRİKS çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını açıqlayıblar
Ceyhun Bayramov: Afrika ölkələri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi hər zaman prioritetdir
KİV: Türkiyə BRICS-ə üzvlük üçün müraciət edib
Çin və CAR BRİCS çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər