“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
sizinxeber.az xəbər saytı

“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA


2025-ci ilin yekunlarına doğru Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə hazırlanmış “Mərkəzi Karyera Portalı” da istifadəyə verildi. Portalın yaradılmasında məqsəd əmək bazarına dair məlumatların vahid rəqəmsal platformada toplanması, gənclərin peşə seçimi və karyera inkişafı prosesinin dəstəklənməsi, işəgötürənlərin hansı bacarıqlara malik işçi qüvvəsinə tələblərinin olduğu barədə onların məlumatlılığının artırılmasıdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərhad Kərimov bildirib.

Fərhad Kərimov qeyd edib ki, “Mərkəzi Karyera Portalı”na “Məzunların məşğulluq reytinqi” platforması, “CV yarat” və “Alo Karyera” dəstək xidməti ilə yanaşı, iki innovativ platforma - “İş dəyərləri aləti” və “Peşələrin atlası” da daxildir: “İş dəyərləri aləti” istifadəçilərə öz karyera və peşə maraqlarını müəyyənləşdirməyə kömək etmək üçün hazırlanıb. Belə ki, sistemdə yerləşdirilmiş sorğuda iştirak etməklə şəxslərin maraqları, təhsil və təcrübələri nəzərə alınaraq qiymətləndirmə aparılır. Onların maraqlarına uyğun gələn potensial peşə sahələrinin siyahısı təqdim edilir. Məqsəd istifadəçilərin öz karyeraları ilə bağlı əsaslandırılmış qərarlar qəbul etmələrinə köməklik göstərməkdir.

Məşğulluq sahəsində hazırlanan digər layihə “Peşə hazırlığı moduludur”. Modul vasitəsilə fərdi məşğulluq proqramı əsasında peşə hazırlığına yönləndirilmiş şəxslərin, peşə təhsili göstərəcək müəssəsələrin uçotu, habelə qanunvericilikdə nəzərdə tutulmuş tədris prosesi təmin edilir. Modulun hazırlanması bu istiqamətdə ənənəvi qaydada həyata keçirilin proseslərin rəqəmsallaşdırılmasını və beləliklə proseslərin, məlumatların mərkəzələşməsini təmin etdi.

İl sonu təqdim olunan xidmətlərdən biri də “İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin reyestri” oldu. Elektron xidmət vasitəsilə bu sahədə qeydiyyatdan keçmiş müəssisələr sistemdə uçota alınır, onların fəaliyyəti izlənilir. “Alo Karyera” portal istifadəyə verilən funksional xidmətlərdən biri olub. Xidmət 14 yaşından yuxarı şəxslər üçün nəzərdə tutulub. Həm məktəblilər, həm işsiz və işaxtaran şəxslər, o cümlədən məktəblilərin qəyyumları xidmət vasitəsilə peşəyönümü məsləhəti ala biləcəklər”, - deyə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini əlavə edib.

Fərhad Kərimov vurğulayıb ki, 2025-ci ildə “e-Sosial” portalında müyəssərlik menyusunun əlavə olunması — əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edib. Həmçinin, “E-sosial” mobil tətbiq üzərindən əmək müqavilələrinin elektron imzası funksiyası istifadəyə verilib: “Bu funksionallıqla vətəndaşlar onlayn qaydada əmək müqavilələrini imzalaya bilirlər.

Sonda qeyd edim ki, yeniliklərimiz davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlara təqdim etdiyi 150 xidmətdən 136-sı artıq tam elektrondur. Bu xidmətlərdən 52-si isə proaktiv qaydada icra olunur. Xidmətlərdə yeniliklər 2026-cı ildə də davam etdiriləcək”, - deyə Fərhad Kərimov vurğulayıb.

Oxşar xəbərlər

Məcnun Məmmədov: "Karyera sərgisi keyfiyyətli insan kapitalı formalaşdırmağa töhfə verir"
Agentlik sədri: Səkkiz parametr üzrə məzunların məşğulluq reytinqi müəyyənləşdirilir
Mələknaz Yusifova: Karyera Sərgisi istedadlı gənclərin "Global Media Group"a yönəlməsi üçün "yaşıl işıq"dır
Azercell “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
"Kapital Bank" ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərə qatılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər