Netanyahu: İsrail Qəzzanın Misirlə sərhədindən qoşunlarını çıxarmaq niyyətində deyil
İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Filadelfiya dəhlizindən qoşunlarını çıxarmaq niyyətində deyil.
APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu dəhlizə nəzarət HƏMAS silahlılarını məğlub etmək üçün açar rol oynayır.
İsrailin Baş naziri qeyd edib ki, HƏMAS-a qarşı müharibədə dörd məqsəd var.
Söhbət HƏMAS-ın məhv edilməsindən və girovların azad edilməsindən gedir.
Bundan əlavə, İsrail Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını və İsrailin şimalındakı sakinləri təhlükəsiz şəkildə evlərinə qaytarmağı hədəfləyir.
“Bu məqsədlərdən üçü Filadelfiya dəhlizindən asılıdır. Bu, HƏMAS üçün oksigen və silah mənbəyidir”, - Netanyahu vurğulayıb.
Oxşar xəbərlər
Netanyahu: HƏMAS girovları öldürdüyünə görə çox böyük bədəl ödəyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
