İran ümid edir ki, onun İsrailə cavabı HƏMAS-la atəşkəsə təsir etməyəcək
İran hakimiyyəti ümid edir ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab vaxtında veriləcək və bu, Qəzza zolağında atəşkəslə bağlı danışıqlara təsir etməyəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin jurnalistlərə yaydığı məlumatda deyilir.
"Bizim özümüzü müdafiə etmək üçün qanuni hüququmuz var. Bu, Qəzzada atəşkəslə tamamilə əlaqəsi olmayan bir məsələdir. Bununla belə, ümid edirik ki, cavabımız vaxtında olacaq və potensial atəşkəsə xələl gətirməyəcək şəkildə həyata keçiriləcək", - deyə mətndə qeyd edilir.
Məlumatda həmçinin vurğulanır ki, İranın prioriteti Qəzzada daimi atəşkəsin əldə olunmasıdır və HƏMAS-ın qəbul etdiyi istənilən razılaşma İran tərəfindən tanınacaq.
Oxşar xəbərlər
Blinken: Haniyənin öldürülməsinə baxmayaraq Qəzzada daimi atəşkəsin əldə olunması prioritet olaraq qalır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN Haniyənin öldürülməsində ABŞ-ı da ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Haniyənin qanı hədər getməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail növbəti qərara qədər atəşkəs danışıqlarını dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Haniyənin qanı yerdə qalmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












