Əraqçi Hörmüzdə keçidin bərpa olunmasının şərtlərini açıqlayıb
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasının sədrinə və quruma üzv ölkələrə ünvanladığı məktubda, ABŞ və Bəhreynin BMT TŞ-yə təqdim etdiyi qətnamə layihəsinə cavab olaraq bildirib ki, Hörmüz boğazında normal keçid müharibənin daimi dayandırılması, eləcə də İran əleyhinə qanunsuz blokada və sanksiyaların aradan qaldırılması şərti ilə bərpa olunacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, Əraqçi məktubunda ABŞ və Bəhreynin Hörmüz boğazı ilə bağlı birgə qətnamə layihəsini birtərəfli və natamam sənəd adlandırıb.
O, bölgədə mövcud böhranın əsas səbəbinin ABŞ və İsrailin İrana qarşı hərbi hücumları və qanunsuz addımları olduğunu vurğulayıb.
Məktubda qeyd olunub ki, sözügedən layihə, təcavüz faktlarını, dəniz mühasirəsini və İran gəmilərinin saxlanılmasını nəzərə almadan ABŞ-ın hərəkətlərinə bəraət qazandırmağa və reallığı təhrif etməyi hədəfləyir.
Əraqçi onu da qeyd edib ki, belə bir qətnamənin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının nüfuzunu zəiflədəcək və ABŞ-ın birtərəfli addımlarının legitimləşdirilməsi üçün təhlükəli presedent yaradacaq.
Onun sözlərinə görə, sabitliyə aparan yol vəziyyəti daha da mürəkkəbləşdirmək üçün TŞ-dən istifadə etməkdən yox ABŞ-ın beynəlxalq hüquqa riayət etməsindən keçir.
Oxşar xəbərlər
Lavrov Əraqçi ilə İran-İsrail münaqişəsini müzakirə edib
İran XİN: Tehran Livan xalqının müqavimət hüququnu dəstəkləyir
Lavrov Əraqçiyə İran-ABŞ atəşkəsinin qorunmasının vacibliyini bildirib - YENİLƏNİB
Əraqçi: ABŞ və İsrail məsuliyyətə cəlb olunmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
