Türkiyənin cənubunda güclü fırtına baş verib, ölən və yaralananlar var
sizinxeber.az xəbər saytı

Türkiyənin cənubunda güclü fırtına baş verib, ölən və yaralananlar var


Türkiyənin Qaziantep və Şanlıurfa vilayətlərində güclü külək və fırtına ciddi fəsadlara səbəb olub.

Sizinxeber.az-nın Türkiyə bürosu xəbər verir ki, fırtına nəticəsində Şanlıurfada 1 nəfər ölüb, bir neçə nəfər isə yüngül xəsarət alıb. Qaziantepdə isə əlverişsiz hava şəraiti ilə bağlı 23 nəfər xəsarət alıb.

Qaziantepdə baş verən fırtına zamanı Alleben dərəsi daşıb, bəzi ərazilərdə damlar uçub, Oğuzeli rayonunda isə tornado avtomobillərə ziyan vurub.

Qaziantep valiliyi bölgədə fövqəladə vəziyyət elan edib.

Fırtına nəticəsində Şahinbey, Şehitkamil, Nizip və Yavuzeli rayonlarında 39 məktəbdə yüngül ziyan qeydə alınıb.

Bu səbəbdən 4 may 2026-cı il tarixində həmin məktəblərdə dərslər 1 gün müddətinə dayandırılıb.

Oxşar xəbərlər

Pakistanda fırtına nəticəsində 10 nəfər ölüb, onlarla insan xəsarət alıb
ABŞ-da fırtına nəticəsində azı 27 nəfər həlak olub
ABŞ-də güclü fırtına azı beş nəfərin ölümünə səbəb olub
Filippində “Trami” qasırğasına görə, 6 milyona yaxın insan evini tərk edib
Braziliyada fırtına 1,6 milyondan çox insanı işıqsız qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər