ABŞ səfirliyi vətəndaşlarını İraqı tərk etməyə çağırıb
sizinxeber.az xəbər saytı

ABŞ səfirliyi vətəndaşlarını İraqı tərk etməyə çağırıb


ABŞ-ın Bağdaddakı səfirliyi İraqa səfərlə bağlı xəbərdarlığını yeniləyib.

APA xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını İraqa səfər etməməyə və orada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Eyni zamanda, səfirlik İranla əlaqəli silahlı qrupların ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumlar planlaşdırdığını bəyan edib.

“İraq hökuməti ilə əlaqəli bəzi elementlər terrorçu qruplara siyasi, maliyyə və əməliyyat baxımından fəal şəkildə dəstək verməyə davam edir”, - səfirliyin məlumatında deyilir.

Oxşar xəbərlər

Çin öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb
Çin vətəndaşlarını İsraili tərk etməyə çağırıb
Polşa XİN ölkə vətəndaşlarını dərhal Suriyanı tərk etməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər