sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə təhvil verib
Azərbaycan axtarışda olan hindistanlı kriminal avtoritetlərdən biri olan Mayank Sinqhi Hindistana ekstradiya edib.
APA xəbər verir ki, ötən il Bakıda həbs olunan Sinqhi Hindistanın Antiterror bölməsinin əməkdaşları Hindistanın Carkhand ştatının paytaxtı Rançiyə çatdırıb.
Hindistanın Carkhand ştatında ən çox axtarılan şəxs ölkədən qaçmazdan əvvəl Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törətməkdə ittiham olunur.
İttihama görə, ölkədən qaçdıqdan sonra da Mayank Sinqh biznesmenləri internet zəngləri ilə hədələyərək onlardan pul tələb edib. Onun sosial mediada çox aktiv olduğu və Facebook vasitəsilə özünün odlu silahla şəkillərini paylaşdığı bildirilir.
Oxşar xəbərlər
Azərbaycan axtarışda olan hindistanlı cinayətkarı ölkəsinə təhvil verəcək
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Azərbaycan axtarışda olan hindistanlını ölkəsinə təhvil verəcək
KİV: Hindistanın dövlət neft emalı zavodları qısa fasilədən sonra yenidən Rusiya nefti alır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













