Azərbaycan axtarışda olan hindistanlını ölkəsinə təhvil verəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan axtarışda olan hindistanlını ölkəsinə təhvil verəcək


Ötən ilin oktyabr ayında Azərbaycanda həbs olunan hindistanlı Sunil Mina kimi tanınan Mayank Sinqh avqustun 23-də Hindistana ekstradisiya olunacaq.

APA xəbər verir ki, bu haqda məlumatı Hindistan mediası yayıb.

Məlumata görə, Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətdə iştirakına dair inandırıcı sübutlar təqdim edib, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsinə kömək edib.

Hindistanın Carkhand ştatında ən çox axtarılan şəxs ölkədən qaçmazdan əvvəl Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törətməkdə ittiham olunur.

İttihama görə, Mayank Sinqh biznesmenləri internet zəngləri ilə hədələyərək onlardan pul tələb edib. Onun sosial mediada çox aktiv olduğu və Facebook vasitəsilə özünün odlu silahla şəkillərini paylaşdığı bildirilir.

Carkhand ştatının Daxili İşlər Baş İdarəsinin rəisi Anuraq Gupta deyib ki, bu, polisi orqanlarının böyük uğurudur.

Oxşar xəbərlər

Azərbaycan axtarışda olan hindistanlı cinayətkarı ölkəsinə təhvil verəcək
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monakoya təhvil verib
İnterpol xətti ilə axtarışa verilmiş İran vətəndaşı Omandan Azərbaycana ekstradisiya olunacaq
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Monakoya təhvil verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər