Azərbaycan axtarışda olan hindistanlı cinayətkarı ölkəsinə təhvil verəcək
Ötən ilin oktyabr ayında Azərbaycanda həbs olunan hindistanlı cinayətkar Sunil Mina kimi tanınan Mayank Sinqh avqustun 23-də Hindistana ekstradisiya olunacaq.
APA xəbər verir ki, bu haqda məlumatı Hindistan mediası yayıb.
Məlumata görə, Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətkar fəaliyyətinə dair inandırıcı sübutlar təqdim edib ki, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsinə kömək edib.
Hindistanın Carkhand ştatının ən çox axtarılan cinayətkarı ölkədən qaçmazdan əvvəl Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.
Ölkədən qaçdıqdan sonra da Mayank Sinqh biznesmenləri internet zəngləri ilə hədələyərək onlardan pul tələb edirdi. O, sosial mediada çox aktiv idi və Facebook vasitəsilə özünün odlu silahla şəkillərini paylaşırmış.
Carkhand ştatının Daxili İşlər Baş İdarəsinin rəisi Anuraq Gupta deyib ki, bu polisi orqanlarının böyük uğurudur.
Oxşar xəbərlər
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib
Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monakoya təhvil verib
İnterpol xətti ilə axtarışa verilmiş İran vətəndaşı Omandan Azərbaycana ekstradisiya olunacaq
Hindistan altı kanadalı diplomatı ölkədən çıxaracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













