Qətər, Bəhreyn, Bəə, Küveyt və İraq hava məkanını bağlayıb
sizinxeber.az xəbər saytı

Qətər, Bəhreyn, Bəə, Küveyt və İraq hava məkanını bağlayıb


Qətər hökuməti vətəndaşların, sakinlərin və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün ölkənin hava məkanını müvəqqəti bağlayıb.

APA xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Qətər Dövlətinin vətəndaşlarının, sakinlərinin və ziyarətçilərinin təhlükəsizliyini təmin etmək öhdəliyinin bir hissəsi olaraq, səlahiyyətli orqanlar ölkənin hava məkanında nəqliyyatın hərəkətini müvəqqəti dayandırdığını elan edir. Bu, regionda baş verən hadisələrlə bağlı görülən qabaqlayıcı tədbirlər kompleksinin bir hissəsidir", - bəyanatda deyilir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və İraq da hava məkanlarını bağladıqlarını açıqlayıblar.

Oxşar xəbərlər

Qətər hava məkanını bağlayıb
Qətər öz hava məkanını bağlayıb
İraq hava məkanını bağlayıb
İran ölkənin hava məkanını növbəti xəbərdarlığa qədər bağladığını elan edib
Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər