Kaliforniya administrasiyası Trampa qarşı iddia qaldırıb
Kaliforniya ştatının administrasiyası ABŞ prezidenti Donald Trampa, Pentaqona rəhbəri Pit Heqsetə qarşı Los-Ancelesdə Milli Qvardiya qüvvələrinin yerləşdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edib.
Sizinxeber.az xəbər verir ki, iddiada Trampın etirazlardan Kaliforniya ştatının suverenliyini pozmaq üçün istifadə etdiyi və Milli Qvardiyanın yerləşdirilməsi ilə bağlı qərarı ştat qubernatorunun əksinə olaraq verdiyi bildirilir.
Tramp isə hesab edir ki, o olmasaydı, Los-Anceles məhv olardı.
San-Fransiskoda yerləşən Federal Dairə Məhkəməsinə təqdim olunmuş 22 səhifəlik şikayətdə Trampın federal qanunvericiliyi və Konstitusiyanı pozduğu bildirilir.
Ştat məhkəmədən Milli Qvardiyanın yerləşdirilməsi qərarını ləğv etməyi və onların üzərində nəzarəti qubernatora qaytarmağı tələb edib.
Oxşar xəbərlər
Kaliforniya qubernatoru Trampı, Pentaqonu və müdafiə nazirini məhkəməyə verib
Los-Anceles meri Trampın Milli Qvardiya ilə bağlı sözlərini təkzib edib
Milli Qvardiyanın daha 2 min hərbçisi Los-Ancelesə göndəriləcək
Kaliforniya qubernatoru Trampın ştatda qoşun yerləşdirmək qərarına qarşı çıxıb
Qubernator Trampı məhkəmə ilə hədələyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













