Karni və Tramp rüsumların ləğvi ilə bağlı danışıqlar aparır
Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla ticarət razılaşması və ABŞ-a idxal edilən Kanada mallarına tətbiq edilən rüsumların ləğv edilməsi məsələsini müzakirə edir.
Sizinxeber.az xəbər verir ki, bu haqda CBC danışıqlardan xəbərdar mənbələrə istinadən məlumat verib.
ABŞ iyunun 4-dən polad və alüminiuma idxal rüsumlarını iki dəfə, 25%-dən 50%-ə qədər artırıb.
ABŞ prezidenti Donald Tramp əvvəllər bu qərarı Amerikanın polad sənayesini gücləndirmək zərurəti ilə əsaslandırıb.
Kanadanın baş naziri Mark Karni isə Vaşinqtonun polad və alüminiuma idxal rüsumlarını artırmasına cavab verib və bunu ağılsızlıq adlandırıb.
CBC-nin məlumatına görə, adı açıqlanmayan mənbə Karni və Trampın ticarət razılaşmasına nail olmaq və rüsumlara son qoymaq üçün qapalı danışıqlar apardığını deyib.
İki lider ötən ay Karni Ağ Evə səfər etdikdən sonra bir neçə dəfə telefon danışığı aparıb.
Oxşar xəbərlər
Tramp və Karni Kanadadakı seçkilərdən sonra görüşəcək
Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib
Mark Karni: Kanada satılmır, heç vaxt satılmayacaq
Kanadanın baş naziri ABŞ-nin yeni tariflərini qeyri-qanuni adlandırıb
Tramp Kanadanın baş nazirilə danışığı müsbət dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













