Tramp Kanadanın baş nazirilə danışığı müsbət dəyərləndirib
ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Mark Karni arasında ilk telefon danışığı olub.
“Sizinxeber.az”un məlumatına görə bu barədə Tramp “Truth Social” sosial media hesabında yazıb.
O, müzakirənin məhsuldar olduğunu bildirib: “Kanadanın baş naziri Mark Karni ilə söhbəti indicə bitirdim. Son dərəcə məhsuldar söhbət oldu. Biz bir çox məsələdə razılığa gəldik. Kanadada keçiriləcək seçkilərdən (aprelin 28-də keçiriləcək - Qeyd) dərhal sonra görüşəcəyik”.
Xatırladaq ki, martın 9-da Castin Trüdo hökumət başçısı və Kanadanın hakim Liberal Partiyasının liderliyindən istefa verdikdən sonra Karni onun vəzifəsini tutub. “CBC” telekanalı Kanada hökumətindəki mənbələrə istinadən erkən seçkilərin aprelin 28-də və ya mayın 5-də keçirilə biləcəyini bildirib.
Oxşar xəbərlər
Tramp və Karni Kanadadakı seçkilərdən sonra görüşəcək
Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib
Mark Karni Kanadanın yeni baş naziri olacaq
CTV: Kanadanın növbəti baş naziri martın 14-də and içəcək
Kanadanın növbəti baş naziri Karni martın 14-də and içəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













