KİV: Tramp Qızıl Qübbə layihəsinə 25 milyard dollar ayıracaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
23:50

KİV: Tramp Qızıl Qübbə layihəsinə 25 milyard dollar ayıracaq

20 may, 2025
23:50
686

KİV: Tramp Qızıl Qübbə layihəsinə 25 milyard dollar ayıracaq

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günortadan sonra “Qızıl Qübbə” milli raketdən müdafiə sistemi layihəsinin həyata keçirilməsi üçün 25 milyard dollar ayrılacağını elan edəcək.

AAP xəbər verir ki, bu haqda “Politico” Ağ Evdəki mənbəyə istinadən məlumat verib.

Məbləğ Konqres tərəfindən hələ təsdiqlənməsə də administrasiyanın nəhəng büdcə qanun layihəsinə daxil edilmiş sorğuya uyğun gəlir.

Layihənin ümumi dəyəri, Konqresin Büdcə Ofisinin hesablamalarına görə, 20 il ərzində 500 milyard dolları keçə bilər.

Trampın qərarını Pentaqon rəhbəri Pit Heqset ilə birlikdə Ağ Evin Oval Ofisində açıqlayacağı gözlənilir.

Məlumata görə, proqramın rəhbəri vəzifəsinə ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getleyn təyin olunacaq.

Layihə ABŞ ərazisini qorumaq üçün peyklər, sensorlar və tutuculardan istifadə etməklə çoxqatlı müdafiə sisteminin yaradılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın