ABŞ və Ukrayna bu həftə faydalı qazıntı yataqlarının işlənməsi ilə bağlı razılaşma imzalaya bilər
sizinxeber.az xəbər saytı

ABŞ və Ukrayna bu həftə faydalı qazıntı yataqlarının işlənməsi ilə bağlı razılaşma imzalaya bilər


Ukrayna və ABŞ tərəfi faydalı qazıntı yataqlarının işlənməsindən əldə olunacaq gəlirlə bağlı razılaşmanı bu həftə ərzində imzalaya bilər.

APA “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

O deyib ki, danışıqlar rəsmi Kiyevin ötən həftə yeni təkliflər irəli sürməsi səbəbindən ləngiyib.

Bu arada, nəşrin adının açıqlanmasını istəməyən mənbələrindən biri texniki heyətlər arasında ötən həftənin sonunda baş tutan müzakirələrin faydalı olduğunu söyləyib.

Mənbənin sözlərinə görə, rəsmi Vaşinqton həmin müqaviləni yaradılacaq fond vasitəsilə Ukrayna tərəfinə çəkilən xərclərin kompensasiya edilməsi imkanı olaraq nəzərdən keçirir.

Qeyd edək ki, bir qədər əvvəl “The New York Times” rəsmi Vaşinqtonun Ukraynanın faydalı qazıntıları ilə bağlı daha sərt tələblər irəli sürdüyü barədə yazıb.

Yazıda ABŞ-ın Ukraynaya göstərilən milyardlarla dollar həcmində yardımın məhz həmin aktivlərin hesabına kompensasiya olunmasını tələb etdiyi açıqlanıb.

Oxşar xəbərlər

KİV: Kiyevin gələn həftə faydalı qazıntılar üzrə saziş imzalayacağı şübhə doğurur
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Zelenski ABŞ-la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib
“AzerGold”da qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirilib
ABŞ maliyyə naziri: Ukrayna ilə heç bir razılaşma nəzərdə tutulmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər