Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz
"ABŞ prezidenti Co Bayden dövlət başçısı postuna namizəd ola bilməyəcəyi təqdirdə ölkəni idarə edə bilməyəcək."
Sizinxeber.az xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizədi Donald Tramp “Truth” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.
“İndi ölkəmizi kim idarə edir? Bu yaramaz Joe deyil, onun harada (hansı postda) olduğu haqqında heç bir fikri yoxdur. Əgər namizədliyini irəli sürə bilməsə, ölkəmizi də idarə edə bilməyəcək.”, - deyə Tramp bildirib.
Qeyd edək ki, iyulun 21-də prezident Co Bayden prezident seçkilərindən çəkildiyini açıqlayıb və bunun partiya və ölkə üçün daha yaxşı olacağına əminliyini ifadə edib. O həmçinin prezidentlik müddətinin sonuna qədər səlahiyyətlərini icra edəcəyini bildirib.
Oxşar xəbərlər
Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz
Bayden: Seçkilərdə Trampı yenə məğlub edəcəyəm, amma o bunu etiraf etməyəcək
Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir"
Kiçik Kennedi: Trampı yalnız mən məğlub edə bilərəm
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













