Kiçik Kennedi: Trampı yalnız mən məğlub edə bilərəm
sizinxeber.az xəbər saytı

Kiçik Kennedi: Trampı yalnız mən məğlub edə bilərəm


ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən kiçik Robert Kennedi yalnız özünün Respublikaçılar Partiyasının namizədi Donald Trampı məğlub edə biləcəyini bildirib.

APA xəbər verir ki, siyasətçi ABŞ-ın hazırda vətəndaş müharibəsindən bəri hər zaman olduğundan daha çox qütbləşdiyini düşünür.

“Associated Press” tərəfindən yayımlanan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kennedi “Donald Trampa qalib gələ biləcək başqa namizəd yoxdur. Mən bu seçkidə qalib gələ biləcəyimə inanıram", - deyə bildirib.

O, hazırki prezident Co Baydenin seçiləcəyi təqdirdə vəziyyətin daha da qarışıq, sabiq prezident Tramp seçiləcəyi təqdirdə isə daha da pisləşəcəyini bildirib.

Qeyd edək ki, Robert Kennedi ABŞ-ın sui-qəsdə uğrayaraq öldürülən 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.

Oxşar xəbərlər

Bayden: Seçkilərdə Trampı yenə məğlub edəcəyəm, amma o bunu etiraf etməyəcək
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var
XI Qlobal Bakı Forumu başa çatıb
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər