sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp Çin məhsullarına rüsumları 145 faizə qaldırıb
ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 faizə yüksəldib.
APA xəbər verir ki, bu barədə CNBC Ağ Evə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Çindən idxal olunan məhsullara ABŞ-ın tətbiq etdiyi tarif dərəcəsi hazırda faktiki olaraq 145%-dir.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-ın Çinə tətbiq etdiyi ticarət tariflərini 125%-ə qaldırmışdı.
Çin hakimiyyəti isə buna cavab tədbiri olaraq ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qədər artırmağa qərar vermişdi. Tramp Çini bu addımdan geri çəkilməyə çağırmış, əks halda rüsumları daha da qaldıracağını bildirmişdi.
Oxşar xəbərlər
ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi rüsumlar 145 faizə yüksəlib
Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb
ABŞ martda bir sıra məhsullara idxal rüsumu tətbiq edəcək
ABŞ idxal olunan bütün məhsullara azı 10 faiz rüsum tətbiq edəcək
Amerikaya idxal olunan mallara qoyulan rüsumlar yenidən artırıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













