BMT: İsrailin atəşkəsi pozmasından sonra Qəzzada 400 minə yaxın insan didərgin düşüb
sizinxeber.az xəbər saytı

BMT: İsrailin atəşkəsi pozmasından sonra Qəzzada 400 minə yaxın insan didərgin düşüb


“İsrailin martın 18-də atəşkəsi pozmasından sonra Qəzzada 400 minə yaxın insan didərgin düşüb.”

Sizinxeber.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik deyib.

Bölgədəki həmkarlarından aldığı məlumatlara istinadən danışan Düjarrik İsrailin hücumlarını dayanmadan davam etdirdiyini və nəticədə çoxlu sayda mülki şəxs həlak olduğunu deyib.

Ölən və yaralananların arasında uşaqların da olduğunu qeyd edən Dujarrik, davamlı olaraq köçkün vəziyyətində olan Qəzza xalqının getdikcə daha kiçik ərazilərə sıxışdırıldığını bildirib.

Diplomat İsrailin müntəzəm olaraq peyvənd, qida və yanacaq daxil olmaqla bütün humanitar yardımların ölkəyə girişinin qarşısını aldığını aldığını da vurğulayıb.

Oxşar xəbərlər

Makron: İsrailin Beyruta endirdiyi zərbələr atəşkəsi pozur
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
Misir İsrailin Qəzzada müharibəni sonlandırmaq üçün siyasi iradə nümayiş etdirmədiyini bildirib
Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib
İsrailin XİN rəhbəri Qüdsdə britaniyalı həmkarı ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər