Uolts: Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərinə gedə bilər
ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uots bildirib ki, Ukrayna münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların tərkib hissəsi kimi ərazi güzəştlərinə gedə bilər.
Sizinxeber.az xəbər verir ki, Ağ Ev rəsmisi bu barədə “CNN”ə müsahibəsində bildirib.
“Bu, şübhəsiz ki, təhlükəsizlik zəmanətləri müqabilində hansısa ərazi güzəştləri olacaq. Bu, əvvəlki danışıqlarda müzakirə olunub. Zəmanətlər müvəqqəti yox, daimi olmalıdır və onlara Avropa rəhbərlik etməlidir”, - Uolts vurğulayıb.
Onun sözlərinə görə, Kiyev hələlik konkret təkliflərə hazır deyil və bu, Vaşinqtonda məyusluq yaradır.
Uolts həmçinin qeyd edib ki, Ukrayna NATO-ya üzv olmayacaq, çünki bu, avtomatik olaraq ABŞ-ni münaqişəyə cəlb edəcək.
Oxşar xəbərlər
Stoltenberq: Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür
Tramp Ukrayna böhranını həll etməyi planlaşdırır
Trampın müşaviri Putinlə görüşə hazırlıq getdiyini deyib
Ağ Ev: Kiyev ərazi güzəştləri ilə bağlı qərarı özü verməlidir
Fransa Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













