Tramp: Ukraynadakı müharibə ya çox tez bitəcək, ya da heç vaxt bitməyəcək
sizinxeber.az xəbər saytı

Tramp: Ukraynadakı müharibə ya çox tez bitəcək, ya da heç vaxt bitməyəcək


Ukraynada müharibə ya çox yaxında bitəcək, ya da heç vaxt bitməyəcək.

Sizinxeber.az xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edib.

"Mənim Putin və Zelenski ilə telefon danışığım olub. Komandamız da bu müharibəni dayandırmaq üçün NATO-nun baş katibi ilə danışıb. Düşünürəm ki, biz yaxşı irəliləyiş əldə edir, düzgün istiqamətdə gedirik. Düşünürəm ki, bu, ya çox tez baş verəcək, ya da heç vaxt olmayacaq", - Tramp deyib.

Tramp əlavə edib ki, Ukraynada sülh yolu ilə nizamlanmaya doğru növbəti addım atəşkəs olmalıdır. Onun fikrincə, buna tez nail olmaq olar.

Qeyd edək ki, hətta seçki kampaniyası zamanı ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində dayandıracağına söz vermişdi.

O, Ağ Evə gələndə etiraf etdi ki, Rusiya-Ukrayna böhranına son qoymaq tez baş verməyəcək, çünki məsələ onun düşündüyündən də mürəkkəbdir.

Oxşar xəbərlər

"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Tramp və Şolz Ukraynada davam edən müharibəni müzakirə ediblər
Ağ Ev: Putin və Tramp arasında görüş hələ ki, planlaşdırılmayıb
Kreml: Putin-Tramp görüşü üçün hazırlıq gedir
Kreml: Tramp və Putin arasında telefon danışığı baş tutub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər