Rumıniyada prezident seçkiləri keçirilir - YENİLƏNİB
Rumıniyada prezident seçkilərində səsvermə başlayıb.
Sizinxeber.az-nın xəbərinə görə, dövlət başçısı postu uğrunda 13 namizəd mübarizə aparır.
Seçkilərin birinci turunda namizədlərdən hər hansı birinin qəlib gəlmək üçün yetərli səs toplaya bilməyəcəyi, dekabrın 8-də seçkilərin ikinci turunun keçiriləcəyi proqnozlaşdırılır. Seçkilərin birinci turunda ən çox səsi ifrat sağçı Rumıniya Birliyi Alyansının lideri Corc Simion və Rumıniya Sosial Demokrat Partiyasının (PSD) dəstəklədiyi hazırkı Baş nazir Marsel Çiolakunun toplayacağı, ikinci turda da məhz bu iki namizədin mübarizə aparacağı gözlənilir.
Qeyd edək ki, 38 yaşlı Corc Simion ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın qızğın tərəfdarıdır. O, Moldovanın Rumıniya ilə birləşmənin tərəfdarıdır.
***
saat 03.21
Rumıniyada prezident seçkilərinin birinci turu keçiriləcək.
Sizinxeber.az xəbər verir ki, ölkədə 19 minə yaxın seçki məntəqəsi açılacaq, ümumilikdə 18 milyondan çox seçici qeydiyyatdan keçib.
Ən yüksək dövlət postu uğrunda 13 namizəd mübarizə aparacaq.
Oxşar xəbərlər
Rumıniyada prezident seçkilərinin birinci turu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-da prezident seçkiləri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlcəzairdə prezident seçkiləri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Litvada parlament seçkilərinin ikinci turu başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












