Tramp gələn həftə bir neçə ölkəyə tətbiq olunacaq rüsumları açıqlayacaq
ABŞ prezidenti Donald Tramp gələn həftə bir neçə ölkə ilə qarşılıqlı rüsumların tətbiqini elan etmək niyyətindədir.
Sizinxeber.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə birgə mətbuat konfransında bildirib.
"Bizim rüsumlarımız olacaq, əsasən də qarşılıqlı tariflər", - deyən Tramp bazar ertəsi və ya çərşənbə axşamı bu məsələ ilə bağlı görüş keçirməyi planlaşdırdığını bildirib.
Trampın sözlərinə görə, qarşılıqlı rüsumlar bu və ya digər ölkənin ABŞ-a müəyyən rüsum tətbiq etməsini, Vaşinqtonun isə eyni cür cavab verməsini nəzərdə tutur.
“Mən inanıram ki, bu, yeganə ədalətli yoldur”, - deyən Tramp hansı ölkələrə əlavə rüsum tətbiq olunacağı ilə bağlı məlumat verməyib.
Oxşar xəbərlər
Tramp "TikTok"a 90 gün möhlət verə biləcəyini açıqlayıb
ABŞ narkotik vasitələrin daşınması şübhəsi ilə Çinə əlavə rüsumlar tətbiq edəcək
Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir
Tramp Qəzza planını həyata keçirməyə tələsmədiyini bildirib
Tramp Putinin onunla görüşmək istədiyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
