Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
sizinxeber.az xəbər saytı

Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib


ABŞ prezidenti Donald Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edən fərman imzalayıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda Ağ Evin yaydığı bəyanatda deyilir.

Tramp məsələ ilə bağlı açıqlamasında bu tendensiyanın ABŞ və cəmiyyət üçün təhlükə yaratdığını vurğulayıb.

“Ölkə boyu həkimlər bir sıra geri dönməz tibbi müdaxilələr vasitəsilə cinsini dəyişdirə biləcəkləri bəhanəsi ilə getdikcə daha çox uşağı şikəst edirlər. Buna son qoyulmalıdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, fərman 19 yaşına çatmamış xəstələrin əməliyyatları və ya hormon terapiyası üçün dövlət vəsaitindən istifadə edilməsini qadağan edir.

Oxşar xəbərlər

Tramp miqrantların ABŞ-nin cənub sərhədindən keçməsini qadağan edən fərman imzalayıb
Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edilib
Tramp andiçmə günü “TikTok” qadağasını ertələyəcəyini vəd edib
Tramp Baydenin neft və qaz hasilatına qoyduğu qadağanı aradan qaldıracağını vəd edib
Tramp qanunsuz miqrantların ABŞ – Meksika sərhədini keçməsini qadağan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər