Tramp Baydenin neft və qaz hasilatına qoyduğu qadağanı aradan qaldıracağını vəd edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
yan
2025
22:50
0
0
1 813
ff

Tramp Baydenin neft və qaz hasilatına qoyduğu qadağanı aradan qaldıracağını vəd edib

06 yan, 2025
22:50
1 813

Tramp Baydenin neft və qaz hasilatına qoyduğu qadağanı aradan qaldıracağını vəd edib

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin ABŞ-nin sahil bölgəsində neft və qaz hasilatını qadağan edən qərarını ləğv edəcəyinə söz verib.

APA xəbər verir ki, Tramp bunu “Salem News Channel”ə müsahibəsində deyib.

“Bu absurddur. Mən bu qadağanı dərhal aradan qaldıracağam. Bizdə heç kimdə olmayan həcmdə neft və qaz var və biz ondan istifadə edəcəyik. Bu, bizim ən böyük iqtisadi sərvətimizdir və belə bir qərarla ölkəmizi məhv etməyə imkan verməyəcəyik”, - Tramp vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×