Tramp andiçmə günü “TikTok” qadağasını ertələyəcəyini vəd edib
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp andiçmə günü “TikTok” sosial şəbəkəsinin qadağan edilməsini təxirə salan fərman imzalamağı planlaşdırdığını açıqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən şirkətlərdən “TikTok”un bağlanmasına yol verməməyi xahiş edirəm. Bazar ertəsi qanunverici qadağanın qüvvəyə minməsindən əvvəlki dövrü uzatmaq üçün fərman imzalayacağam. Bu, milli təhlükəsizlik maraqlarımızın qorunması üçün razılığa gəlməyə imkan verəcək”, – o yazıb.
Seçilmiş prezident əlavə edib ki, birgə biznes çərçivəsində ABŞ-nin sosial şəbəkənin 50 %-nə “sahib olmasını” istərdi.
“Beləliklə, biz “TikTok”u xilas edəcək, onu etibarlı əllərdə saxlayacaq və səs sahibi olmağa imkan verəcəyik”, – Tramp qeyd edib.
Oxşar xəbərlər
ABŞ-nin yeni prezidenti ölkədə “TikTok”un bloklanmasının tərəfdarı deyil
“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edir
Britaniya “TikTok” sosial şəbəkəsinə qadağa qoymayacaq
Tramp Ali Məhkəməni ABŞ-də TikTok qadağasını təxirə salmağa çağırıb
ABŞ Ali Məhkəməsi milli təhlükəsizlik təhdidi ilə əlaqədar "TikTok" qadağasını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
