NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb
sizinxeber.az xəbər saytı

NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb


Amerika Birləşmiş Ştatlarının "Odissey" kosmik gəmisi Ayda yanı üstə aşıb.

Sizinxeber.az xarici xəbər verir ki, bu barədə “İntuitive Machines” şirkətinin Baş İcraçı Direktoru (CEO) Stiv Altemus mətbuata açıqlama verib.

Onun sözlərinə görə, Aya yüksək sürətlə enən kosmik gəminin ayaqlarının birində problem yaranıb. S.Altemus kosmik gəminin yanı üstə aşsa da çoxlu əməliyyat qabiliyyətinə malik olduğunu deyib.

Xatırladaq ki, şirkət Odisseyin Aya uğurla və şaquli şəkildə eniş etdiyini açıqlamışdı.

“Odissey” 2024-cü il fevralın 15-də ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX” tərəfindən istehsal olunan “Falcon 9” raketi ilə kosmosa buraxılıb.

Oxşar xəbərlər

“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib
KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb
Ramazan bayramıyla əlaqədar 5 gün iş olmayacaq
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər