“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib
sizinxeber.az xəbər saytı

“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2000-ci xəlitə istehsal edilib. Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) emal edilmiş qızıl və gümüş tərkibli xəlitənin çəkisi 21 kq-dır.

“AzerGold”dan “APA-Economics”ə verilən məlumata görə, xəlitənin növbəti mərhələdə 999.9 əyarda saflaşdırılması və dünya birjasında satışı nəzərdə tutulub.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən ilk xəlitə tökümü 2016-ci ilin 13 oktyabr tarixində həyata keçirilib. QSC hazırda Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdən qiymətli metal filizlərinin hasilatını, ÇİRES-də isə emalını həyata keçirir.

Xatırladaq ki, bugünədək Səhmdar Cəmiyyət tərəfindən hasil edilmiş 402 min unsiya qızıl, 761 min unsiya gümüşün dünya birjasında satışı nəticəsinə ölkə iqtisadiyyatına ümumilikdə 1 milyard 137 milyon manatdan çox vəsait cəlb edilib.

Oxşar xəbərlər

Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Mingəçevirdə iki maşın toqquşub, yanğın olub
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər