Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüşüb. Görüşdə ikitərəfli enerji əməkdaşlığının yeni mərhələdə inkişafı, təbii qaz və “yaşıl enerji”nin tədarükü, həmçinin COP29-la bağlı məsələlər müzakirə edilib.
Bu barədə “Sizinxeber.az-Economics”ə Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, Azərbaycanın ənənəvi enerji təchizatçısı kimi həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, eləcə də “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” “yaşıl enerji” dəhlizlərinin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu dəhlizlərin əhəmiyyəti regionlararası inteqrasiya, enerji təhlükəsizliyi və enerji keçidi aspektində dəyərləndirilib.
Həmçinin COP29-a sədrlik edən ölkə kimi Azərbaycanın bərpa olunan enerji və enerji keçidi istiqamətlərində gördüyü tədbirlərdən, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səylərindən danışılıb. 2027-ci ilədək 2 QVt “yaşıl enerji” istehsal güclərinin enerji sisteminə inteqrasiyası nəticəsində qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 33%-ə çatacağı qeyd edilib. Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsinin “yaşıl enerji” keçidini təşviq etdiyi qeyd edilib.
Söhbət zamanı enerji saxlanc sistemləri, emissiyaların azaldılması və Azərbaycanın COP çərçivəsində təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, mümkün tərəfdaşlıq formaları nəzərdən keçirilib.
Oxşar xəbərlər
“Masdar”ın baş icraçı direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın Qara dəniz donanmasının 20%-i məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












