ABŞ girovları azad etmək üçün HƏMAS-a qarşı sanksiyaları sərtləşdirə bilər
ABŞ prezidenti Co Baydenin administrasiyası girovları azad etmək üçün HƏMAS hərəkatına qarşı sanksiyaların sərtləşdirilməsini və digər tədbirlər görməyi planlaşdırır.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin şənbə günü yaydığı bəyanatda deyilir.
ABŞ və İsrail vətəndaşlığı olan Eden Alexander adlı girovun HƏMAS-ın yaydığı videomüraciətini şərh edən Ağ Ev rəsmisi prezident administrasiyasının onun ailəsi ilə əlaqə saxladığını deyib.
"Məsələ üzərində razılaşma var. Prezident Bayden və ABŞ dövləti diplomatiya və sanksiyalar, hüquq-mühafizə və digər tədbirlər vasitəsilə HƏMAS terrorçularına artan təzyiq də daxil olmaqla, vətəndaşlarımızın azad edilməsi üçün yorulmadan işləməyə davam edəcəklər", - deyə Savett bildirib.
Oxşar xəbərlər
KİV: HƏMAS liderinin cəsədi Qəzzada saxlanılan İsrail girovları ilə mübadilə edilə bilər
ABŞ Prezidenti: İsrailin təhlükəsizliyinə tam sadiqik
İran Tehranın HƏMAS-ın İsrailə hücumu ilə əlaqəsini inkar edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Venesuelada güclü zəlzələ olub
