Tramp Tulsi Qabbardın namizədliyini ABŞ Milli Kəşfiyyat direktoru vəzifəsinə irəli sürüb
sizinxeber.az xəbər saytı

Tramp Tulsi Qabbardın namizədliyini ABŞ Milli Kəşfiyyat direktoru vəzifəsinə irəli sürüb


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının keçmiş üzvü (Havaydan) Tulsi Qabbardın ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə namizədliyini irəli sürmək qərarını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının bəyanatında deyilir.

Qabbard əvvəllər Demokrat Partiyasının üzvü olub və 2020-ci il prezident seçkilərinə Demokratların namizədi kimi daxil olub. Lakin o, sonradan Ukraynaya dəstək də daxil olmaqla bir sıra xarici siyasət məsələlərində partiyanın mövqeyini tənqid edib.

Hazırda Qabbard prezidentlik yarışı zamanı onun müttəfiqlərindən birinə çevrilərək Trampı və Respublikaçılar gündəmini fəal şəkildə dəstəkləyir.

Qabbard ABŞ-ın Ukrayna və Rusiya Federasiyasına qarşı xarici siyasətini tənqid etməsi ilə tanınır. O, ABŞ-ın hazırkı administrasiyasının Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişəni uzatmağa çalışdığını bildirib və tərəfləri danışıqlara çağırıb.

Oxşar xəbərlər

Tramp ABŞ dövlət katibi vəzifəsinə senator Rubionun namizədliyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp prezident seçkilərində səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp ABŞ daxilindəki rəqiblərindən qisas alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Arnold Şvartsenegger prezidentlik yarışında Kamala Harrisi dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər