Meksikada cinayətkar qruplar arasındakı toqquşmalarda 100-dən çox ölən, itkin düşən olub
Sentyabr ayının əvvəlindən Meksikada cinayətkar qruplar arasındakı toqquşmalarda 100-dən çox ölən və itkin düşən olub.
Sizinxeber.az-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Sinaloa ştatında 53 nəfər öldürülüb, 51 nəfər itkin düşüb.
Sinaloada iki güclü narkotik qruplaşma arasında münaqişə iyulda bu qruplardan birinin lideri İsmael "El Mayo" Zambadanın ABŞ-da həbs edilməsi ilə başlayıb. 74 yaşlı Zambada bildirib ki, “Los Çapitos” qruplaşması onu oğurlayaraq sonradan təyyarə ilə ABŞ-a göndərib. Bu da sentyabrın 9-dan iki qruplaşma arasında qanlı toqquşmaların başlamasına səbəb olub. Nəticədə ştatda bir çox məktəblər bağlanıb, restoran və mağazalar gün ərzində qısa rejimdə çalışır.
Zorakılığı aradan qaldırmağa çalışan Meksika hüquq-mühafizə orqanları “Los Çapitos” qruplaşmasının liderinin mühafizə xidmətinin rəisini olduğu ehtimal olunan şəxsi və hazırda həbsdə olan “Sinaloa”-nın keçmiş rəhbərinin oğlunu həbs ediblər.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador bəyan edib ki, ABŞ Sinaloa ştatında zorakılıq dalğasına görə qismən məsuliyyət daşıyır.
Oxşar xəbərlər
Vyetnamda "Yagi" qasırğası nəticəsində azı 127 nəfər ölüb
Naftalanda itkin düşən 34 yaşlı kişi tapılıb
Sudanda bəndin uçması nəticəsində azı 60 nəfər ölüb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
