Harris Trampın hakerlər tərəfindən oğurlanmış məlumatlarından istifadə etmədiyini bildirib
ABŞ-da prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahı respublikaçı Donald Trampın seçki kampaniyası ilə bağlı iranlı hakerlər tərəfindən oğurlanaraq demokratlara təhvil verildiyi iddia edilən sənədlərdən istifadə etmədiyini bildirib.
Sizinxeber.az xəbər verir ki, Milli Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və Kibertəhlükəsizlik Agentliyi sentyabr ayının 18-də iranlı hakerlərin Tramp kampaniyasının daxili sənədlərini oğurlayaraq mediaya və ABŞ-ın hazırkı lideri Co Baydenlə əlaqəli şəxslərə göndərdiklərini açıqlayıblar.
ABŞ-ın vitse-prezidenti olan Harrisin seçki qərargahı “The Hill” qəzetinə bildirib ki, bu materiallar istifadə olunmayıb. Harrisin seçki qərargahının üzvləri də əmin ediblər ki, bu cür materialları alan mütəxəssislər onların fırıldaqçılar tərəfindən göndərildiyinə inanırlar və İranla hər hansı əlaqədən xəbərsizdirlər.
ABŞ kəşfiyyat orqanlarının fikrincə, İran ABŞ-dakı seçkilərə nifaq salmağa və etimadı sarsıtmağa çalışır.
Oxşar xəbərlər
ABŞ: İran hakerləri Trampın seçki kampaniyası sənədlərini oğurlayıb
WP: İranlı hakerlər Tramp və Baydenin seçki kampaniyasına hücum ediblər
ABŞ-da Trampın Harrisin intellektual qabiliyyətlərinə qarşı hücumları “pafoslu” hesab edilib
NBC: Ötən ay Harrisin seçkiqabağı qərargahı xarici hakerlərin hücumuna uğrayıb
İranlı hakerlər Trampın seçki qərargahına məxsus sənədləri ələ keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
