Tramp prezident olarsa, Kosmik Qüvvələrin Milli Qvardiyasını yaradacaq
sizinxeber.az xəbər saytı

Tramp prezident olarsa, Kosmik Qüvvələrin Milli Qvardiyasını yaradacaq


ABŞ-da Respublikaçıların namizədi Donald Tramp prezident seçiləcəyi təqdirdə ölkədə Kosmik Qüvvələrin Milli Qvardiyasını yaradacağına söz verib.

APA xəbər verir ki, Tramp bu barədə Miçiqan ştatının Detroyt şəhərində çıxışı zamanı danışıb.

Siyasətçinin sözlərinə görə, ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Kosmik Qüvvələrin Milli Qvardiyasını yaratmağın vaxtı çatıb. Buna görə də o, prezident olduqdan sonra bu qvardiyanı yaradan tarixi qanunu imzalayacaq.

O həmçinin ABŞ ordusunun gücləndirilməsinə, o cümlədən pilotsuz təyyarələrin istehsalına, robot texnikasına, süni intellektin inkişafına və hipersəs silahlarına investisiyalar vəd edib.

Oxşar xəbərlər

Tramp prezident olarsa Kosmik Qüvvələrin Milli Qvardiyasını yaradacaq
NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb
Kiçik Kennedi: Trampı yalnız mən məğlub edə bilərəm
Tramp: ABŞ İranla dost olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər