Mərakeşdə hərbi təlimlərdən sonra ABŞ hərbçiləri itkin düşüb
ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) bazar günü bildirib ki, Mərakeşin cənub-qərbində keçirilən çoxmillətli hərbi təlimlərdən sonra iki ABŞ hərbçisi itkin düşüb.
The Guardian-nın yaydığı məlumata görə, ABŞ, Mərakeş və “African Lion” təlimində iştirak edən digər ölkələr birgə axtarış-xilasetmə əməliyyatına başlayıb.
Açıqlamada deyilir: “Hadisə ilə bağlı araşdırma davam edir və axtarışlar hələ də aparılır.”
Hadisə təlim zonasında baş verib. Apreldə başlayan hərbi təlimlər Tunis, Qana və Seneqal da daxil olmaqla dörd ölkədə keçirilir və mayın əvvəlində başa çatması planlaşdırılır.
2004-cü ildən keçirilən “African Lion” ABŞ-ın Afrikada ən böyük illik birgə hərbi təlimidir və adətən ABŞ və onun Afrika üzrə əsas tərəfdaşlarından yüksək rütbəli hərbi nümayəndələrin iştirakını əhatə edir.
Oxşar xəbərlər
Gürcüstanda çoxmillətli “Agile Spirit” hərbi təlimi başlayıb
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
“Araz-2025” birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
Azərbaycan hərbçiləri Qarsda “Qış təlimi - 2025” beynəlxalq təlimində iştirak edirlər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
