Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.
Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Təlim zamanı taktiki və əməliyyat PUA-larının uçuşları həyata keçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədən aşkar edilmiş hədəflər barədə detallı kəşfiyyat məlumatları toplanıb, daha sonra isə əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər zərərsizləşdirilib.
Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonda “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində xüsusi fərqlənən Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO
Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir - VİDEO
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Azad edilmiş ərazilərində İranla birgə keçirilən “Araz-2025” təlim davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
