CNN: Zelenski Putin və Trampın görüşü zamanı Alyaskada olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
avq
2025
15:00

CNN: Zelenski Putin və Trampın görüşü zamanı Alyaskada olacaq

10 avq, 2025
15:00
355

CNN: Zelenski Putin və Trampın görüşü zamanı Alyaskada olacaq

Ukrayna prezidenti Volodimir Zelenski 15 avqustda Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşü zamanı, yəqin ki, Alyaskada olacaq.

APA xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Ukrayna prezidentinin ayrı-ayrı görüşlərdə iştirakı istisna edilmir. Bununla belə, Ağ Ev rəsmilərindən biri qeyd edib ki, belə görüşlərin, çox güman ki, Tramp və Putin danışıqlarından sonra baş tutacağı ehtimal olunur.

Bundan əvvəl NBC News telekanalı Ağ Evin Volodimir Zelenskini Alyaskaya dəvət etmə ehtimalını nəzərdən keçirdiyini xəbər verib. Telekanalın mənbələrindən biri bu variantın müzakirə olunduğunu, lakin hələlik dəqiqliyin olmadığını bildirib.

Bizimlə əlaqə saxlayın