KİV: Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib
sizinxeber.az xəbər saytı

KİV: Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib


ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskidən Moskvanı vurmağı təklif edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələrdən “Financial Times”ə məlumat daxil olub.

Belə ki, Tramp Zelenski ilə iyulun 4-dəki telefon danışığı zamanı Rusiyanın dərinliklərinə zərbə endirilməsi məsələsinə toxunub. Tramp Ukrayna liderindən Moskvanı vura biləcəklərinə dair xəbər alıb.

“Əlbəttə, əgər bizə silah versəniz vura bilərik”, - Zelenski Trampa cavabında deyib.

Məqalədə deyilir ki, Tramp Zelenski ilə telefon danışığından bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə apardığı söhbətdən narazı qalıb.

Ağ Ev və Ukrayna Prezidentinin Ofisi məsələyə münasibət bildirməyib.

Oxşar xəbərlər

Tramp Zelenski ilə telefon danışığı aparıb
Zelenski və Tramp arasında telefon danışığı olub
Tramp və Zelenski telefon danışığı aparıb
Tramp Zelenski ilə telefon zəngi barədə bəyanat yayıb
Tramp və Zelenski arasında telefon danışığı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər