ABŞ Şimali Koreya və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib
ABŞ kibercinayətkarlıqla mübarizə çərçivəsində Rusiya və KXDR-dən olan iki vətəndaşa və bu iki ölkədə yerləşən dörd şirkətə qarşı sanksiyalar tətbiq edib.
Sizinxeber.az "TASS"a istinadən xəbər verir ki, bu baədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, KXDR vətəndaşı “Andariel” haker qrupu ilə əlaqəlidir, qeyri-qanuni olaraq İT mütəxəssislərini işə götürmək və ABŞ Maliyyə Nazirliyinin kompüter sistemlərini sındırmaq cəhdlərində iştirak edir. Rusiya vətəndaşı və siyahıda olan dörd şirkət, ABŞ administrasiyasına görə, KXDR hökumətinə gəlir əldə etmək üçün İT işçilərinin işə götürülməsində də iştirak edib. ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, əldə edilən gəlir Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raketlərin yaradılması proqramlarına sponsorluq etmək üçün istifadə oluna bilərdi.
Oxşar xəbərlər
ABŞ KXDR və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib
ABŞ KXDR-ə yeni sanksiyalar tətbiq edib
Britaniya Şimali Koreyanın müdafiə naziri və generallarına sanksiya tətbiq edib
ABŞ İrana dəstək məqsədilə pulların yuyulmasında iştirak edən 30-a yaxın şirkətə sanksiya tətbiq edib
ABŞ "Hizbullah"la əlaqəli 5 şəxs və 3 şirkətə sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













