ABŞ həftənin sonunadək Qəzza zolağında atəşkəs razılaşmasına nail olunacağına ümid edir
sizinxeber.az xəbər saytı

ABŞ həftənin sonunadək Qəzza zolağında atəşkəs razılaşmasına nail olunacağına ümid edir


Birləşmiş Ştatlar ümid edir ki, həftənin sonunadək Qəzza zolağında atəşkəslə bağlı razılaşma əldə olunacaq.

APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

“Hazırda dolayı danışıqlar mərhələsindəyik. Ümid edirik ki, həftənin sonunadək 60 günlük atəşkəslə nəticələnəcək razılaşmaya nail olacağıq. Bu, 10 girovun azad edilməsinə və həlak olmuş 9 nəfərin cəsədinin təhvil verilməsinə yol açacaq. Hesab edirik ki, bu razılaşma Qəzzada uzunmüddətli sülhə gətirib çıxaracaq”, – deyə Uitkoff bildirib.

Oxşar xəbərlər

Uitkoff: ABŞ həftəsonuna qədər Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir
HAMAS Uitkoff ilə Qəzzada daimi atəşkəs üçün razılığa gəldiyini bildirib
Tramp: Uitkoff uğurlu görüş keçirib
Tramp: Gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilər
Metyu Miller: ABŞ Qəzzada atəşkəslə bağlı Dohada keçirilən məsləhətləşmələri konstruktiv hesab edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər