Tramp: Biz 3-cü Dünya müharibəsinə həmişəkindən daha yaxınıq
ABŞ-ın sabiq prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.
APA xəbər verir ki, ABŞ-ın Florida ştatının Palm-Biç şəhərində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşən Donald Tramp görüşdən sonra mətbuata açıqlama verib.
Respublikaçılar Partiyasının prezidentliyə namizədi Tramp ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisin Qəzzada yaşanan humanitar böhranla bağlı açıqlamalarına da münasibət bildirərək "Məncə onun sözləri hörmətsizlik idi. İsrailə qarşı heç də xoş deyildi. Yəhudi olan birinin ona necə səs verəcəyini bilmirəm. Təbii ki, bu onların öz işidir. Amma mənim fikrimcə bu, İsrailə tamamilə hörmətsizlik idi." deyib.
Yaxın Şərqdəki vəziyyətə toxunan Tramp, bunları deyib:
"Qalib gəlsək hər şey çox sadə olacaq. Hər şey çox tez düzələcək. Əgər qalib gələ bilməsək, Yaxın Şərqdə böyük müharibələrlə və bəlkə də üçüncü dünya müharibəsi ilə üzləşəcəyik".
Daha sonra Tramp ABŞ-ın hazırkı rəhbərliyini də tənqid atəşinə tutaraq “Biz hazırda İkinci Dünya müharibəsindən bu yana 3-cü Dünya müharibəsinə heç olmadığı qədər yaxınıq. Çünki ölkəmizi bacarıqsız insanlar idarə edir" deyib.
Oxşar xəbərlər
Tramp iyulun 26-da Floridada Netanyahu ilə görüşəcək
Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb
Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz
Tramp Baydenin prezidentlik yarışından geri çəkilməsinə münasibət bildirib
Kiçik Kennedi: Trampı yalnız mən məğlub edə bilərəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













