Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb
ABŞ prezidenti Co Bayden Ağ Evdə ölkədə səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib.
Sizinxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Netanyahu Baydenlə görüşə minnətdarlıqla başlayıb. O 50 il ərzində İsraili dəstəklədiyi üçün Baydenə öz təşəkkürünü bildirib.
Netanyahu və Bayden Ağ Evdə danışıqlara başlamazdan əvvəl mətbuata çox qısa açıqlama veriblər. “The Times of Israel” nəşrinin yazdığına görə siyasətçilər bir-biri ilə xoş fikir mübadiləsi apararaq jurnalistlərin çoxsaylı suallarını cavabsız qoyublar.
“Cənab prezident, biz bir-birimizi 40 ildir tanıyırıq. Siz son 50 ildə İsrailin hər bir baş nazirini tanıyırsınız. İsrailə 50 illik dəstəyə görə sizə təşəkkür etmək istəyirəm”, - deyə Netanyahu tədbirin əvvəlində bildirib.
Qeyd edək ki, Vaşinqtonda etirazçılar Netanyahunun heykəlini və ABŞ bayraqlarını yandıraraq Netanyahunun ölkəyə səfərinə və Fələstin məsələsinə etiraz ediblər.
Netanyahunun səfər çərçivəsində həmçinin vitse-prezident Kamala Harris və sabiq prezident Donald Trampla da görüşəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp iyulun 26-da Floridada Netanyahu ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail istənilən vasitə ilə özünü müdafiə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu ABŞ-yə səfəri zamanı Ağ Evdə Kamala Harrislə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












