Türkiyə Prezidenti ekoloji böhran fonunda təbiətə daha qayğıkeş münasibətə çağırıb
Hər bir insan ətraf mühitin mühafizəsi və təbiətin qayğısına qalmaq, gələcək nəsillərə daha davamlı dünya ötürmək üçün məsuliyyət daşıyır. Heç kimin öz məsuliyyət payını başqalarının üzərinə atmağa, ekoloji sahədə öhdəliklərdən yayınmağa haqqı yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir.
Türkiyə dövlətinin başçısı ekoloji sahədə artan problemlərə, o cümlədən qlobal temperaturun yüksəlməsinə, səhralaşmaya, biomüxtəlifliyin itirilməsinə, gözlənilməz sel və sürüşmələrə diqqət çəkib.
O vurğulayıb ki, insanlar təbiətlə necə davranırsa, ondan da eyni reaksiyanı alır. “Təbiət insan hərəkətlərinə reaksiya verir, özünü insanların kobud müdaxiləsindən qorumağa çalışır”, - deyən Ərdoğan Ümumdünya Ətraf Mühit Gününü bütün bəşəriyyətə çağırış üçün yeni fürsət adlandırıb.
Onun sözlərinə görə, bu gün dünyada ekoloji problemlər və böhranlar getdikcə geri dönməz xarakter alır. "İnsanlar reallığı qəbul edib hərəkətə keçməlidirlər. Bu, təkcə ekoloji strukturların deyil, hər bir təşkilatın, hər bir insanın missiyasıdır - bütün bəşəriyyətin ortaq vəzifəsidir", -deyə Türkiyə Prezidenti qeyd edib.
Bu baxımdan siyasətçi təbiətə həssas münasibətə, enerji səmərəliliyinə, tullantıların rasional idarə olunmasına çağırıb.
Oxşar xəbərlər
Azərbaycan dünya ölkələrini gələn il Bakıda keçiriləcək "Ümumdünya Ətraf Mühit Günü"nə dəvət edir
ASCO: Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
Ekspert: Uşaqlara ekoloji biliklərin verilməsi onlarda təbiətə qarşı qayğıkeş münasibəti inkişaf etdirir
DSX-nin Sərhəd Qoşunları Komandanlığı: Sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur
Rut Devis: "İqlim, təbiət və digər ekoloji problemlərə inteqrasiya olunmuş yanaşmanın tətbiq edilməsinin vaxtı çatıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Sabahın hava proqnozu açıqlanıb
