Aİ Rusiyaya məxsus dünyanın ən böyük almaz şirkətinə sanksiyalar tətbiq edib
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya məxsus dünyanın ən böyük almaz hasilatı şirkəti “Alrosa” və onun baş direktoru Pavel Mariniçevə qarşı sanksiyalar tətbiq edib.
“Report” xəbər verir ki, müvafiq qərar şuranın saytında dərc olunub.
“Yeni siyahılar Rusiyanın bütün almaz istehsalının 90 faizdən çoxunu təşkil edən dünyanın ən böyük almaz hasilatı şirkəti olan “Alrosa”ya aiddir”, - məlumatda bildirilib.
Aİ Şurası vurğulayıb ki, bu şirkət Rusiya hökumətinə əhəmiyyətli gəlirlər verən iqtisadi sektorun mühüm hissəsidir.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində Aİ-də Rusiyanın qeyri-sənaye təbii və sintetik almazlarının, eləcə də brilyant zinət əşyalarının birbaşa idxalına tam qadağa qüvvəyə minib.
Oxşar xəbərlər
Avropa Komissiyası: Almaz idxalına qadağa Rusiyanı ildə 4 milyard avrodan məhrum edəcək
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib
Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi
KİV: Avropa İttifaqı müharibə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək
“Blu TV” rəsmən satıldı – Yeni sahibi kimdir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













