KİV: Avropa İttifaqı müharibə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək
Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların tam başa çatmasından və sülh sazişinin imzalanmasından sonra belə Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.
“Report” xəbər verir ki, bu barədə “TASS” Avropa ölkələrindən birinin Brüsseldəki missiyasındakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Biz bilməliyik ki, Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra sanksiyalar ləğv edilməyəcək. Sanksiyaların ləğvi atəşkəs sazişinin bir hissəsinə və ya gec-tez münaqişəyə son qoyacaq sülh sazişinin imzalanması şərtinə çevrilsə belə, bu öhdəliyi yerinə yetirmək çox çətin olacaq”, - mənbə bildirib.
Eyni zamanda sanksiyalarla bağlı qərarların qəbulu prosedurunun özündə də problem var. Mənbənin sözlərinə görə, məhdudiyyətlərin qüvvəyə minməsi və onların ləğvi və ya hətta sanksiyalar rejiminin yumşaldılması ilə bağlı hər hansı qərarın qəbul edilməsi üçün Aİ Şurasında yekdil qərar qəbul edilməlidir.
Oxşar xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron: “Azərbaycana qarşı sanksiyalar əhəmiyyətsiz olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
AP Azərbaycana sanksiyalar tələb etdi - Qətnamə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sülh sazişinin əksər bəndləri razılaşdırılıb - Nazir müavinindən mühüm açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Ukraynada 37 hərbi zavodu bombalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












