“Blu TV” rəsmən satıldı – Yeni sahibi kimdir?
Türkiyə Rəqabət Şurası onlayn məzmun platforması olan “BluTV”nin satışını təsdiqləyib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, məşhur iş adamı Aydın Doğanın nəvəsi Aydın Doğan Yalçındağ tərəfindən qurulan platforma ABŞ-də yerləşən “Discovery” şirkətinə satılıb. Beləliklə, “BluTV” ABŞ-nin “Discovery” şirkəti vasitəsi ilə “Warner Bros. Discovery” şirkətinin mülkiyyətinə çevrilib.
ABŞ-nin “Discovery” şirkəti “BluTV”nin bəzi səhmlərini ötən il alıb. Bu il isə ayın əvvəlində dünya nəhəngi imzalanan müqavilə ilə bütün şirkətə sahib olub.
“Blu TV” 2015-ci ildə Aydın Doğanın böyük nəvəsi Aydın Doğan Yalçındağ tərəfindən təsis edilib. Yalçındağ ABŞ-nin aparıcı sənədli film kanallarından biri olan “Discovery”nin “Blu TV”yə sərmayə qoymasından və keçid prosesinin tamamlanmasından sonra 9 yanvar 2023-cü ildə baş direktor vəzifəsindən ayrılıb.
Qeyd edək ki, “Warner Brothers” və ya sadəcə olaraq “Warner Bros.” dünyanın ən böyük film istehsalı və televiziya yayımı şirkətlərindən biridir. “Warner Bros.” AT&T-nin “WarnerMedia” qrupunun törəmə şirkətidir.
Baş ofisi ABŞ-nin Kaliforniya ştatının Burbank şəhərində yerləşən şirkət 1923-cü ildə Harri, Albert, Sem və Cek Uorner qardaşları tərəfindən qurulub. Amerika kino sənayesinin böyük şirkətlərindən biri olan “Warner Bros.” öz adını “Warner Brothers”dən götürüb. Şirkət həm də Amerika Kino Filmləri Assosiasiyasının (MPA) üzvüdür.
Oxşar xəbərlər
SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aydın Kərimov Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Cinemazadeh” “Kontakt Home”u məhkəməyə verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayraqdar" dünyaya necə səs saldı? - "Blumberq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












